Türk-İslam Birliyi, bir sevgi birliyidir, məhəbbət birliyidir, könül
birliyidir. Bu birliyin təməli, sevgi, fədakarlıq, köməksevərlik,
mərhəmət, tolerantlıq, anlayış və razılaşmadır. Həmçinin, bu birliyin
hədəfi insana hörmət, incəsənətdə, elmdə və texnologiyada ən yüksək
nöqtəyə çatmaqdır. Birliyin yaradılmasıyla, yalnız Türk cəmiyyətləri və
müsəlmanlar deyil, bütün dünya aydınlığa qovuşacaq.

Türk-İslam Birliyi təhkimedici, çətinləşdirici, bürokratik bir birlik
olmayacaq. "Hər kəs bizə tabe olsun, geridə qalanlar da kölə kimi olsun"
mənasında istismara əsaslanan bir birlik deyil. Düşmənçilik etmək,
intiqam almaq və ya bir təhdid ünsürü olmaq üçün deyil, dünyada sülhün
təmin olunması üçün mövcud olacaq. Bu birlik vəsiləsiylə hər dinin
mənsubu istədiyi qədər ibadətini edə biləcək, öz dininə görə müqəddəs
hesab edilən hər yeri ziyarət edə biləcək, malı, canı, namus və şərəfi
Türk-İslam Birliyinin zəmanəti altında olacaq.
Bu birlik altında imansızlar və dinsizlər də hüzur içində yaşayacaqlar,
fikirlərini istədikləri kimi ifadə edəcəklər.
Türk-İslam Birliyinin yaradılmasıyla, Amerika, Avropa, Çin, Rusiya,
İsrail, bir sözlə, bütün dünya rahatlayacaq. Terror problemi başa
çatacaq, xammal ehtiyatlarına gediş zəmanət altına alınacaq, iqtisadi və
ictimai nizam qorunacaq, mədəni qarşıdurma tamamilə aradan qalxacaq.
Amerika əsgərlərini torpaqlarından minlərlə kilometr uzağa göndərmək
məcburiyyətində qalmayacaq, İsrail divarlar arxasında yaşamayacaq,
Avropa Birliyi ölkələri hər hansı bir iqtisadi maneə ilə üzləşməyəcək,
Rusiya təhlükəsizlik qayğılarıyla yaşamayacaq, Çin xammal çətinliyi ilə
üzləşməyəcək.
Yalnız Türk-İslam bölgəsinə deyil, bütün dünyaya aydınlıq gətirəcək bu
birliyin yaradılması üçün vicdan və ağıl sahiblərinin ittifaq yaratması
əhəmiyyətlidir. Türk-İslam aləmi bu inkişafı böyük bir şövq və həyəcanla
gözləyir. Atılan hər addım coşğuyla qarşılanacaq.
Türk-İslam Birliyinin ən əhəmiyyətli xüsusiyyəti, yəhudiləri,
xristianları, erməniləri, pravoslavları sevgiylə və şəfqətlə qucaqlaması,
dinlərinə və inanclarına hörmət göstərməsi, onları qardaş bilməsi, ərazi
bütövlüklərinə, can təhlükəsizliklərinə, zənginliklərinə və rifahlarına
istiqamətli siyasətlər ortaya çıxarmasıdır.
ƏSAS SƏHİFƏ