• Türk-İslam birliyinin meydana gəlməsində boşa keçən hər gün bir
itkidir, bir ziyandır.
• Heç yubanmadan Türk-İslam birliyi dərhal yaradılmalıdır.
• Bütün Türk milləti bu gözəl birliyi dəstəkləyir və təsdiqləyir.
• Bütün Türk dövlətləri, İslam ölkələri bu birliyi bir zərurət kimi
görür. Sevinclə, səmimiyyətlə dəstəkləyir.
• Amerikanın, Rusiyanın, Çinin, Avropanın, bütün dünyanın həm maddi, həm
də mənəvi cəhətdən lehinə, xeyrinə olan bu birlik, bütün dünyaya sülh,
qardaşlıq, sevgi və fərahlıq gətirəcək.
• Türk-İslam birliyi dünyadakı terroru, qarışıqlığı, narahatlığı, qlobal
böhranı dərhal dayandıracaq yeganə həlldir.
Türk-İslam birliyi, bir sevgi birliyidir. Məhəbbət birliyidir, könül
birliyidir. Bu birliyin təməli, sevgi, fədakarlıq, köməksevərlik,
mərhəmət, tolerantlıq, anlayış və razılaşmadır. Həmçinin, bu birliyin
hədəfi, insana hörmət, incəsənətdə, elmdə və texnologiyada ən yüksək
nöqtəyə çatmaqdır. Birliyin yaradılmasıyla, yalnız türk cəmiyyətləri və
müsəlmanlar deyil, bütün dünya aydınlığa qovuşacaq.
Son dövrlərdə baş verən hadisələr, Türk-İslam aləmi tərəfindən böyük bir
şövq və həyəcanla gözlənilən Türk-İslam birliyinin, çox yaxın zamanda
qurulacağını göstərir. Bu tarixi birliyin atacağı ilk və ən əhəmiyyətli
addımı isə Azərbaycan və Türkiyənin iki dövlət, tək millət halında
birləşməsi olacaq. Yaxın gələcəkdə Türkiyə lider dövlət olaraq,
Türk-İslam aləminin liderliyini öz boynuna götürəcək və Qafqazdan
Tanzaniyaya, Mərakeşdən Ficiyə qədər uzanan geniş bir ərazidə, bütün
müsəlmanları vahid halda birləşdirəcək.
Birlik olmaq, Türk-İslam aləminə müdhiş güc qazandıracaq. İman edənlərin
ittifaqını gücləndirən, əslində onların imanları və ixlaslarıdır. Həqiqi
dostluq və ittifaq, ancaq səmimi imanla qurular. Möminlər, bir-birlərini
heç bir fayda ya da mənfəət güdmədən, saf niyyətlə və yalnız Allah
rizası üçün sevər, Allah rizası üçün dost olar və Allah rizası üçün
birlik olarlar. Təməli dünyadakı ən möhkəm şeyə, Allah sevgisinə və
Allah qorxusuna əsaslanan bu birliyin pozulması, yox olması Allahın
diləməsi xaricində heç bir şəkildə mümkün olmaz.
Türk-İslam Birliyi dünyaya sülh gətirəcək
Türk-İslam Birliyi əvvəlcə həm müsəlman ölkələri arasındakı
anlaşılmazlıqları həll edib, İslam aləminə sülh gətirəcək, həm də
dünyadakı qarşıdurmanı və döyüşü qızışdıran hər cür hərəkatın qarşısında
dayanacaq, döyüşü qızışdıran hər cür cəhdin qarşısını alan bir güc
olacaq.
Türk İslam Birliyinin yaradılmasıyla, Amerika, Avropa, Çin, Rusiya,
İsrail, bir sözlə, bütün dünya rahatlayacaq. Terror problemi başa
çatacaq, xammal ehtiyatlarına gediş zəmanət altına alınacaq, iqtisadi və
ictimai nizam qorunacaq, mədəni qarşıdurma tamamilə aradan qalxacaq.
Amerika əsgərlərini torpaqlarından minlərlə kilometr uzağa göndərmək
məcburiyyətində qalmayacaq, İsrail divarlar arxasında yaşamayacaq,
Avropa Birliyi ölkələri hər hansısa bir iqtisadi maneə ilə üzləşməyəcək,
Rusiya təhlükəsizlik qayğılarıyla yaşamayacaq, Çin xammal çətinliyi ilə
üzləşməyəcək.
Avropa Birliyinin terror narahatçılığından xilas olması onlar üçün çox
böyük bir nemət və firavanlıqdır. Bunu təmin edəcək qəti həll,
Türk-İslam Birliyidir. İslam aləmindəki bütün əziyyətlərin, bütün
qarışıqlığın başa çatması da Türk-İslam Birliyi ilə mümkündür. Türk
dövlətləri bu vəsiləylə, Avropanın etdiyi kimi, hətta onu da keçən böyük
bir mədəniyyət həmləsi edə bilərlər. Çünki Türk dövlətləri potensial
cəhətdən çox zəngin bir ərazidir. Türk-İslam Birliyi bu əraziyə böyük
bir zənginlik, bərəkət, əmin-amanlıq və keyfiyyət gətirəcək.
Türk-İslam Birliyi qlobal iqtisadi böhranı dayandıracaq yeganə həlldir
Türk-İslam Birliyi ticarəti canlandıracaq, iqtisadiyyatı
gücləndirəcəkdir. İqtisadiyyatda, siyasi və mədəni sahədə müsəlman
ölkələri arasında reallaşdırılacaq bir bütövlük, geridə qalanların
sürətli şəkildə inkişafına, lazımi imkan və infrastruktura sahib
olanların bunları ən səmərəli şəkildə istifadə edə bilmələrinə imkan
verəcəkdir. İqtisadi inkişaf, elm və texnologiyaya qoyulacaq sərmayələri
artıracaq. İqtisadiyyatın inkişafıyla yanaşı təhsil səviyyəsində də
normal bir yüksəliş olacaq, cəmiyyət çox istiqamətli inkişaf edəcək.
Türk-İslam Birliyi, Müsəlman aləminin inkişafına da səbəb olacaqdır.
Yaradılacaq vahid İslam bazarı sayəsində, bir ölkədə istehsal olunan
məhsullar, gömrük, kvota kimi sərhəd maneələriylə üzləşmədən başqa bir
ölkədə asanlıqla satışa çıxarıla biləcəkdir. Ticarət sahəsi genişlənəcək,
bütün müsəlman ölkələrin bazardakı payı artacaq, ixracat inkişaf edəcək,
bu da, müsəlman ölkələrindəki sənayeləşmə prosesini sürətləndirəcək,
iqtisadiyyatda təmin ediləcək tərəqqi ilə texnologiyada da inkişaf
yaşanacaq.
Türk-İslam Birliyinin yaradılmasıyla enerji mənbələri də zəmanət altına
alınacaq. Türk-İslam Birliyinin vəsiləsiylə zəngin yeraltı sərvətlərin
olduğu ərazilərdə sabitlik və sülh hakim olacaq, bu ərazilərdə
demokratik sistem ən düzgün şəkildə işləyəcəkdir. Beləcə, bu resursların
ən səmərəli şəkildə istifadə edilməsində və resursların
qiymətləndirilməsində İslam ölkələrinin olduğu kimi, digər cəmiyyətlərin
də heç bir zərər görməyəcəyi bir model meydana gələcək.
Bu da, başda neft istehsalı və qiymətləri olmaqla, dünya iqtisadi
tarazlıqları baxımından olduqca əhəmiyyətli olan xüsuslarda, sabit və
stabil bir siyasət yürüdülməsini təmin edəcək.
İqtisadiyyatı güclü olan Türk-İslam aləmi, Qərb dünyası və digər
cəmiyyətlər üçün də əhəmiyyətli bir rifah mənbəyi olacaq. Bu cəmiyyətlər
qarşılarında təhlükəsizlik şəraitində, narahatlıq hissi keçirmədən
əməkdaşlıq edə biləcəkləri, ticarət fəaliyyəti apara biləcəkləri bir güc
tapacaqlar. Həmçinin, Qərb təşkilatları və qurumlarının daim bu
ərazilərin inkişafı üçün köçürdükləri fondlara da ehtiyac qalmayacaq, bu
fondlar dünya iqtisadiyyatının güclənməsi üçün istifadə ediləcək.
Bu cəhətdən, Türk millətinə çox böyük bir vəzifə düşür. Türkiyənin
vəzifəsi bütün dünyaya dinclik, rifah və bərəkət gətirəcək Türk-İslam
aləminin lideri olmaqdır. Türk-İslam aləminin liderliyi dünya tarixinin
ən böyük vəzifələrindən biridir. TÜRK MİLLƏTİNİN ƏN MÜHÜM VƏZİFƏLƏRİNDƏN
BİRİ BUDUR. Yəni, Türk milləti olaraq vəzifəmiz yalnız Türkiyəni xilas
etmək deyil, bütün Türk-İslam aləmini xilas etmək, həmçinin də dünyada
sülh və rifah şəraitini təmin etməkdir.
ƏSAS SƏHİFƏ