◊   TÜRK-İSLAM BİRLİYİNƏ DOĞRU  

 Türk-İslam mədəniyyətinin canlandırılması və birlik axtarışları

 

Osmanlı imperatorluğundan sonra, Yaxın Şərqdə müharibə, terror, qarşıdurma kimi zorakılıq hadisələrindən ötrü böyük bir qeyri-sabitlik və narahatlıq yaşanmağa başlanmışdır. Aradan keçən uzun vaxta və sınanan hər cür siyasi rejim və iqtidara baxmayaraq, bölgədə dinclik və sabitlik hələ də təmin edilə bilməmişdir. Həm Balkanlar, həm də Yaxın Şərq və Qafqaz xalqları müharibələrin, terrorun və gərginliklərin ağır yükü altında əzilirlər.

 

Bu qeyri-sabit mühitdən narahat olanlar Osmanlı dövründəki sülh, dinclik, sabitlik və birlik mühitinin həsrətini çəkdiklərini dilə gətirirlər. Əlcəzair prezidenti cənab Abdelaziz Bouteflika "Osmanlı Millətlər Birliyi"nin yaradılmasını xahiş edərkən bu həsrətini bu sözlərlə dilə gətirmişdir; "Osmanlını əhya etmək, bizim öz tariximizi əhya etməkdir. Yaxın Şərqdə açar Türkiyənin əlindədir. Siz istəməsəniz, Yaxın Şərqdə nizam qurula bilməz..."

Mali dövlətinin parlamentinin bir üzvü olan Mustafa Sonaqo, ölkəmizə etdiyi səfər zamanı, ölkəsində Osmanlıya qarşı böyük bir sevgi bəsləndiyini bildirmiş və öz regionlarındakı problemlərin, ancaq Osmanlıda mövcud olan anlayışla həll edilə biləcəyini dilə gətirmişdir.

 

Digər tərəfdən İsrailli dövlət adamı və siyasətçi Ehud Barak isə, Osmanlının bölgəni bir onbaşıyla idarə etdiyini, amma indi generalların belə idarəetmə işini lazım olduğu kimi icra edə bilmədiklərini ifadə edərkən, Fələstinin baş naziri Əhməd Kurey də, "başımıza nə gəldisə, Osmanlıya arxa çevirməyimizdən gəldi" şəklində səmimi bir etiraf etmişdir.

 

Nazarbayev, Çankaya köşkündə

 

Birlik axtarışlarıyla əlaqədar digər bir əhəmiyyətli çağırış isə, "Orta Asiya Dövlətlər Birliyi" təklifiylə mövzuya diqqət çəkən Qazaxıstan prezidenti cənab Nazarbayevdən gəldi. Nazarbayev bəhsi keçən birlik modeliylə, əvvəlcə ölkəsindəki birliyi, sonra bölgədə bütövlüyü, daha sonra da dünyada birliyi nəzərdə tutan həqiqi bir ilkin strategiyanı ortaya qoymuşdur. Şübhəsiz ki, bu da Türk-İslam Birliyi modelinin reallaşması üçün atılacaq çox əhəmiyyətli bir addımdır.

 Nazarbayev, Çankaya Köşkü´nde

Həsrət duyulan Osmanlı anlayışının qayıtması isə Türk-İslam mədəniyyətinin əhya edilməsiylə mümkündür. Bu yüksəlişin bir dəfə daha reallaşa bilməsi üçün isə bir liderə ehtiyac vardır.

 

Türkiyənin liderliyi

 

Ölkəmiz bütün Yaxın Şərq, Balkanlar, Qafqaz və Orta Asiyada daimi bir sülhü təmin etmiş, belə bir birlikdən meydana gələn iqtisadi gücü ən ədalətli şəkildə istiqamətləndirmiş köklü bir təcrübəyə sahibdir. Bu bölgə xalqları ilə Türkiyə arasında böyük bir mədəniyyət və tarix birliyi vardır. Qafqaz, tarix boyu Osmanlıya sığınmış müsəlman qövmlərin diyarıdır. Orta Asiya isə, Osmanlı torpağı olmasa da, türklərin ilk vətəni olması və hələ də bu ərazidə çox sayda türkün yaşamasından ötrü, Türkiyənin təbii təsir sahəsindədir. Necə ki, Türkmənistan prezidenti cənab Saparmurat Niyazov, ölkəsini ziyarət etməyə gələn yüksək səviyyəli dövlət idarəçilərimizə Türkmənistan və Türkiyə arasındakı əlaqəni; "İki vətən bir millət" olaraq xarakterizə etməsi bu mehriban dünyagörüşünün nümunələrindəndir.

 

Bu səbəblə də, Osmanlının varisi olan Türkiyə Respublikasının, bölgənin içindən keçdiyi bu müddətdə əsas rolu oynaması qaçınılmazdır. Millətimiz, həm türk respublikaları, həm də İslam ölkələri ilə tarixi və mədəni əlaqələri olması baxımından Yaxın Şərq, Orta Asiya və bütün dünyanın xeyrinə olacaq, Türk-İslam mədəniyyətinin əhya edilməsi üçün lider ola biləcək bir təcrübəyə və mirasa sahibdir. Lider olmaq üçün lazım olan fəzilətə və məharətə də sahibdir. Keçmişdə bunu bacarmış türk milləti, Türk-İslam aləmində liderlik vəzifəsini yenidən boynuna götürməsinin lazım olduğu inancını hal-hazırda daha da gücləndirmişdir.

 

Necə ki, ölkəmiz geo-strateji və geo-iqtisadi baxımdan, olduqca böyük əhəmiyyətə sahib bir bölgədə yerləşir. Türkiyənin Asiya və Avropa arasında bir körpü vəzifəsini yerinə yetirməsi, Qafqaz dağlarına və Xəzər bölgəsinə qonşu olması, Qara və Aralıq dənizlərinə nəzarət edə bilən mövqeyi, şübhəsiz ki, əhəmiyyətini daha da artırır. Yerləşdiyi ərazi, Türkiyəyə, özünü həm avropalı, həm asiyalı, həm də Yaxın şərqli hiss edə bilmə imkanı verir.

 

Sahib olduğu bu xüsusiyyətlərlə dünyanın ən vacib ehtiyac duyduğu sülh, dinclik və rifah mühitini hazırlaya biləcək bir mədəniyyətin tək varisi olaraq, ölkəmiz, Allahın izni ilə lider ölkə mövqeyinə yenidən gəlməyə layiq və namizəddir.

 

Unudulmamalıdır ki, Türkiyə yüzlərlə müxtəlif mədəniyyətin və etnik qrupun sığındığı bu torpaqlarda, sahib olduğu Osmanlı mirasına görə "söz sahibi"dir. Bir çox ölkənin israrlı tələbi, Türkiyənin bu torpaqlarda fəal rola sahib olmasına görədir.

 

TÜRK-İSLAM ALƏMİNDƏ BİRLİK AXTARIŞLARI

Mədəniyyət və tarix birliyi mövcud olmuş ölkələrin birlik meydana gətirmələri çox təbii bir sosioloji hadisədir. Tarixdə dəfələrlə yaşanmış bu hadisə, indiki vaxtda da özünü göstərən bir ehtiyacdır. Avropa Birliyinin yaradılması da bunun tipik bir nümunəsidir. Belə bir birlik yaratma növbəsi Türk-İslam aləminə gəlmişdir. Qazaxıstan və Əlcəzair prezidentləri bu birlik axtarışlarını son günlərdə yüksək səslə dilə gətirmişlər.

 

 

Qazaxıstandan gələn birlik çağırışı

Dünya siyasətinin gedişatı, ölkələrin beynəlxalq birliklər daxilində iştirak etməsini zəruri hala gətirmişdir. Bu strukturlar coğrafi, iqtisadi, ictimai, mədəni yaxud ticari ortaq məxrəcləri üzərinə qurulur. NAFTA (Şimali Amerika Sərbəst Ticarət Birliyi), Avropa Birliyi, OPEC (Neft İxrac Edən Ölkələr Birliyi) bu birliklərdən yalnız bir neçəsidir. Məhz, Türk-İslam aləmi də ortaq mənfəətlər əsasında bir yerə gələrək beynəlxalq hüquq çərçivəsində bir-birlərinə kömək etməli və bir-birlərinin hüquqlarını qorumalıdırlar. Türk respublikalarının yerləşdiyi coğrafi ərazi bu ortaqlığı vacib hala gətirən amillərdən biridir. Türk respublikalarının yerləşdiyi ərazi, yəni, Orta Asiya, bəzi dövlətlərin güc mübarizəsi apardıqları bir sahə halına gəlmişdir. Bu mübarizə, vaxtaşırı olaraq bəzi bölgə ölkələrində sabitliyə xələl yetirməklə yanaşı, siyasi xaos və qarışıqlığa da səbəb olur. Dünyanın bir çox dövləti üçün, Orta Asiyanın istər geo-siyasi, istər strateji, istərsə də yeraltı resurslar baxımından olduqca əhəmiyyətli bir dəyərə sahib olduğu məlumdur. Bir çox ölkə uzun müddətli mənfəətlərinin bu ərazidəki inkişaflarla yaxın əlaqəli olduğunun fərqindədir. Bölgədə meydana gələ biləcək daimi bir qeyri-sabitlik və ya boşluq bu ərazidə siyasi, iqtisadi və hətta dünya sülhünü təhdid edə biləcək ciddi problemlərin yaşanmasına gətirib çıxara bilər. Bu səbəblə də, mümkün ola biləcək boşluqların qarşısının alınması üçün Türk respublikalarının indidən möhkəm bir fikir, mədəniyyət və güc birliyinə yiyələnmələri olduqca mühümdür.

 

Necə ki, Qazaxıstanın dövlət başçısı Nur Sultan Nazarbayev, Sovet Sosialist Respublikalar İttifaqının dağılmasından sonra bölgədə meydana gələ biləcəyi ehtimal olunan qeyri-sabitliyin qarşısının alınması baxımından, bölgə ölkələri arasında əməkdaşlığın yaradılmasına liderlik etmişdir. "Orta Asiya Dövlətlər Birliyi" layihəsi bu əməkdaşlıq arzusunun xaricə əks olunmasıdır. Bu səbəblə də, "Orta Asiya Dövlətlər Birliyi" layihəsini, yəni, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmə müqaviləsi Türk-İslam Birliyi çərçivəsində qiymətləndirilməlidir. Bu birliyin məqsəd və çərçivəsi daha da genişləndirilməklə bütün türk respublikalarını əhatə edən bir əməkdaşlıq yaradıla bilər. Bölgədə yaradılan kiçik birliklərin ya da qismən həll yolu təkliflərinin effektli ola bilməsi üçün böyük Türk-İslam Birliyi layihəsinə ehtiyac vardır. Bölgənin dünya platformasında iqtisadi cəhətdən layiq olduğu yerə gəlməsi, ABŞ, Rusiya və Çin kimi böyük dövlətlərlə əlaqələrinin möhkəm siyasətlər ilə qurulması, həssas siyasi tarazlıqların -türk coğrafiyasının vəziyyəti nəzərə alınaraq- yeni strategiyalarla gücləndirilməsi türk respublikalarının mənfəətlərini güdəcək Türk-İslam Birliyi ilə mümkündür. Bu səbəblə də, Türk dünyasının dövlət başçılarının və hökumət rəhbərlərinin bu istiqamətdə atdıqları addımlar çox əhəmiyyətlidir. Bu işlər çox yaxından təqib edilməli və dəstəklənməlidir.

 

Əlcəzairdən yüksələn birlik yaratmaq xahişi

 

Cənab Nazarbayevin birlik axtarışından qısa bir müddət sonra, Əlcəzair prezidenti cənab Abdelaziz Bouteflikada da eyni istiqamətdə bir birlik yaradılmasını xahiş etdi. Bir çox mətbuat-nəşr orqanında yer alan Bouteflikanın bu sözləri, Türk-İslam aləminin böyük bir qisminin duyğularını da əks etdirdi. Cənab Bouteflika, Osmanlını çox axtardıqlarını dilə gətirməklə yanaşı, keçmiş Osmanlı torpaqlarındakı məmləkətlərin vahid halda birləşməsinin vacibliyinə inandığını da ifadə etdi. Hətta, bu cür bir birliyə nümunə olaraq da İngilis Millətlər Birliyini göstərdi. Şübhəsiz ki, onun bu cümlələri, həm Osmanlının rəhbərlik anlayışına qarşı Əlcəzairdə bəslənilən sevgini, həm də Türk-İslam aləmində belə bir birliyin varlığına duyulan ehtiyacı dilə gətirir. Əlcəzair, Osmanlı himayəsindən çıxdığı gündən bəri sabitliyə qovuşa bilməmişdir. Üç əsrdən çox bir müddət ərzində Osmanlı torpaqlarının tərkib hissəsi olmuş bu ölkənin xalqı, bu müddətdə dinc və təhlükəsiz bir həyat yaşamışdır. Osmanlı dövləti, himayəsi altında olan hər insanın rahatlığını və xoşbəxtliyini düşündüyü kimi, Əlcəzair vətəndaşlarının da rahatlıq və xoşbəxtliklərini düşünmüşdür. Osmanlı rəhbərliyinin göstərdiyi şəfqət və mərhəmət, aradan illər keçməsinə baxmayaraq, Əlcəzair xalqı tərəfindən hələ də unudulmamışdır. Osmanlı dövlətini minnətdarlıqla xatırlayan əlcəzairlilər, Osmanlıların idarəsində yaşadıqları illəri həqiqi mənada bir müstəqillik dövrü olaraq adlandırırlar. Dövlət başçılarının belə bir şərh verməsi də, əlcəzairlilərin çəkdiyi Osmanlı həsrətinin ən səlahiyyətli və ən rəsmi ağızdan dilə gətirilməsi olmuşdur. Cənab Abdelaziz Bouteflikanın sözləri, keçmiş bir Osmanlı məmləkətinin dövlət başçısının fikirləri olması nöqteyi-nəzərindən də çox əhəmiyyətlidir. Özünün qeyd etdiyi, Osmanlı Xalqlar Birliyinin yaradılması fikri, Türk-İslam Birliyi yaradılması təmənnasıdır. Yəni Türk-İslam Birliyi idealı vaxtilə Osmanlı məmləkətlərinin ortaq idealı halına gəlmişdir. Buradan da belə bir birliyin yaradılmasının lazım olduğu fikrinin yalnız türk millətinə aid olmadığı görünür. Hörmətli Əlcəzair prezidentinin verdiyi açıqlamaya bənzər açıqlamalar, digər bir çox Türk-İslam dövlətinin müxtəlif yüksək vəzifəli şəxslərindən də gəlmişdir. Ortaq bir tarixi bölüşmüş bu məmləkətlərin məqsədi, yenidən bir birlik meydana gətirməkdir. Çünki onlar belə bir birliyin mənəvi gücünə bütün Türk-İslam aləminin həqiqi mənada ehtiyac duyduğunu dərk etmişlər. Türk-İslam Birliyi; əvvəlcə ölkələrdəki birliyi, sonra bölgədəki bütövlüyü, daha sonra da dünya birliyini nəzərdə tutan bir birlikdir. Türk-İslam aləmində və yer üzündə daimi bir sabitliyin təmin edilməsi üçün atılacaq ən əhəmiyyətli addım, Türk-İslam Birliyi altında birləşməklə mümkün olacaq. Əsrlərdir ki, dünyada sülhün və sabitliyin simvolu olan türk milləti, bir dəfə daha dünya səviyyəsində dincliyin və əmin-amanlığın zəmanətçisi olacaqdır.

 

Son dövrlərdə Türk-İslam aləminin birlik olmasına diqqət çəkən adlardan biri də BBP-nin Baş Prezidenti cənab Möhsün Yazıçıoğlu oldu. "Necə ki, Avropa Birliyi ilə, ABŞ birlik olmuşlarsa, biz də yüksək səviyyəli birliklər yaradaq" deyən cənab Yazıçıoğlu, Türk İslam Birliyinin əhəmiyyətinə diqqət çəkmişdir.

 

Möhsün Yazıçıoğlu

  "Bizi xoşbəxt edəcək şey, Türk-İslam mədəniyyətidir".

      Möhsün Yazıçıoğlu

 

Baş nazir hörmətli Tayyib Ərdoğanın səylərinə dair “The Guardian” qəzetinin verdiyi xəbər:

 

 

"... Türkiyənin baş naziri Tayyib Ərdoğan, daha əhatəli bir vasitəçilik səyi müqabilində Səudiyyə Ərəbistanı, Misir, İordaniya və Suriyadakı ərəb liderlərlə bilavasitə müzakirələr apardı. Və Tehranla əlaqələri diqqətli şəkildə inkişaf etdirən, İran prezidenti Mahmud Əhmədinecatla ünsiyyət yollarını açıq saxlayan da Ərdoğandır.

 

[birlikpankarti_vatan030209.jpg]

Ərdoğan hökumətinin rəhbərliyində, türklərin təsirinin Yaxın Şərq və digər ərazilərə müvəffəqiyyətli bir şəkildə yayılması, Türkiyənin vaxtilə geniş, amma artıq mövcud olmayan imperatorluğunun başqa yollarla dirçəlməsini ifadə edən “yeni-Osmanlıcılıq” deyə adlandırılır. Hürriyyət qəzeti türk diplomatiyasının Şərqlə Qərb, İslamla dünyəvi xristian aləmi arasında bir qovşaq kimi hərəkət edərək, yeni bir “Qızıl əsrə” daxil olduğunu irəli sürür... " (The Guardian Gazetesi, 19 Yanvar 2009)

 

İslam Konfransı Təşkilatının baş katibi cənab Əkmələddin Ehsanoğlu: Türkiyəyə qibtə ilə baxılır.

 

İslam Konfransı Təşkilatının (İKT) ilk türk baş katibi Əkmələddin Ehsanoğlu: "Bu gün İslam ölkələri müvəffəqiyyətli bir demokratiyası olan Türkiyəyə, liderinə, rəhbərliyinə, siyasi rejiminə böyük bir qibtə ilə baxır. Beynəlxalq diplomatiyada da Türkiyənin BMT Təhlükəsizlik Şurasının üzvlüyü və s. addımlar atması bölgəsindəki rolunu, Qərb ittifaqına aid və həmçinin, müsəlman bir ölkə olaraq daha da artırmışdır. Bölgədəki bütün tərəflərin gözündə ölkəmiz dürüst bir vasitəçidir" dedi.

 

Gül, Əhmədinecatla bir yerə gəldi

 Gül, Ahmedinejad'la biraraya geldi

Cənab Mahmud Əhmədinecatın İstanbul ziyarəti zamanı verdiyi açıqlamalar

 

İran, Türkiyə, Suriya və İraqın iqtisadiyyatdan mədəniyyətə, siyasətdən təhlükəsizliyə qədər hər sahədə əməkdaşlıq etmələri normal haldır. Çünki bu ölkələr eyni mədəniyyət hövzəsinə daxildirlər.

 

Türkiyənin inkişafını öz inkişafımız kimi görürük. Biz qardaşıq. Eyni dinə mənsubuq. Xalqı da, hökuməti də daxil olmaqla Türkiyəni çox sevirik. Çox sevirik.

Türkiyə və İran imkanlarını birləşdirməklə bir-birini tamamlaya bilər. İki ölkə arasındakı əməkdaşlıq böyük bir güc meydana gətirə bilər. Bu güc bölgədə və dünyada sülhün yaradılmasında istifadə edilə bilər. İzzət yolunda birlikdə yeriməyə səbir etsək bunu reallaşdıra bilərik. Necə də xoşbəxtik ki, bu iradə bu gün iki ölkədə də mövcuddur.

 

Biz Türkiyəni səmimi-qəlbdən sevirik. Türkiyə ilə daim birlikdə olacağıq.

 

Cənab Əhmədinecatın verdiyi bu ismarıcların İslam Birliyi istiqamətində əhəmiyyətli şərhlər olduğu türk mətbuatında da yer aldı. Bunlardan biri cənab Hakan Albayrakın 16 avqust 2008-ci il tarixli, "Əhmədinecatın ziyarəti: Tarixdə yeni bir ​​səhifə" başlıqlı yazısı idi:

 

"Türkiyəni ziyarət edən İran prezidenti Mahmud Əhmədinecatın dünən İstanbulda təşkil etdiyi mətbuat konfransında verdiyi bu bəyanatlar, yeni bir İran-Türkiyə yanaşmasına işarə edir. Bu yanaşma, bir məhəbbət yanaşmasıdır. Bu yanaşma bir strateji tərəfdaşlıq yanaşmasıdır. Bu yanaşma bir dostluq yanaşmasıdır. Bu yanaşma bir ittifaq və hətta bir ittihad (birlik) yanaşmasıdır... Bundan sonra yol, birlik və bərabərlik yoludur. Qarşılıqlı əlaqələrdə yaşanan kiçik çətinliklər bu həqiqətə əsla kölgə sala bilməz. İran prezidenti, bir Osmanlı məscidində sünni qardaşlarıyla yan-yana cümə namazı qılaraq tarixdə yeni bir səhifə açıldığını müjdələmişdir. Onu sevinc nümayişləri və təkbir səsləriylə qarşılayıb yola salan camaat da tarixdə yeni səhifənin açıldığını coşğuyla təsdiqləmişdir. Mübarək olsun". (Hakan Albayrak, Yeni Şafak, 16.8.2008)

 

İranın ən tirajlı qəzeti Həmşəhridə dərc olunan bir məqalədə isə Türk-İslam birliyinin əhəmiyyəti və hər keçən gün bu birliyə bir az daha yaxınlaşıldığı belə izah edilir:

 

"Yaxın Şərq, tarixin ən çətin günlərini yaşayır, lakin İran-Türkiyə-Suriya ittifaqı ilə bütün böhranların öhdəsindən gələ bilərik. Amerika, bu üç ölkənin birlikdə hərəkət etdiyi heç bir yerdə müvəffəqiyyət qazana bilməz. Budur, İraqda müvəffəqiyyət qazana bilmədi, Suriya ilə bağlı planları da, İran və Türkiyənin Suriyaya sahib çıxması sayəsində suya düşdü... Əhmədinecatın Türkiyə səfəri, bölgənin qurtuluşu üçün lazım (çox lazım) olan ittihada doğru atılmış tarixi bir addım olacaq".

 

Hörmətli baş nazir Tayyib Ərdoğanın açıqlaması

"...Ən azından bundan sonra tərəflərin ağlı başında və bəsirətlə diplomatik bir çıxış yolu tapmaları üçün Türkiyə olaraq məsuliyyətimizi yerinə yetirməyə çalışırıq. Deyirik ki, beynəlxalq əlaqələrdə heç kim qazancını başqasının itkisində axtarmamalıdır. Əsasən heç bir qızğın qarşıdurmada mütləq qalib gələn tərəf də yoxdur. Böyük bir tarixi olan ixtilafları qızışdıracaq şəkildə Qafqazda sülh və sabitliyin pozulması, qlobal sülh və sabitlik baxımından da çox ağır nəticələr doğuracaq. Bütün tərəflərin, az ya da çox hər kəsin məğlub olacağı, hər kəsin əvəzini ödəyəcəyi qarşılıqlı bir güc yarışından çəkinməyə, bunun əvəzinə, hər kəsin qazanclı çıxacağı, əməkdaşlığa əsaslanan bir rəqabətə dəvət edirik".

 

ABŞ-lı məşhur strateq, Stratfor Qlobal Məlumat Şirkətinin prezidenti Corc Fridman, Türkiyənin bölgəsindəki gücünü artırmağa başladığını və 2040-cı ilə qədər Osmanlı torpaqlarında yenidən hakimiyyət sahib olacağını söylədi. Bu iddianı irəli sürən adam adi bir adam olsaydı, əlbəttə ki, bu qəzetdə fikirlərinə yer verilməyəcəkdi. Amma Türkiyənin yenidən imperiya quracağını nəzərdə tutan bu adam, ABŞ-ın ən əhəmiyyətli strateji tədqiqat mərkəzlərindən biri olan Stratfor Qlobal Məlumat Şirkətinin başçısıdırsa və həmin adam ABŞ Müdafiə Nazirliyinə yaxınlığı ilə tanınırsa, söylədiklərinə bir az qulaq asmaq lazımdır.

 

"TÜRKİYƏNİN KEÇMİŞ OSMANLI ƏRAZİSİNDƏ QURACAĞI HAKİMİYYƏTİN İZLƏRİNİ İNDİDƏN GÖRƏ BİLƏRSİNİZ" deyən Fridman, "proses onsuz da başladı. Əgər İslam regionuna baxsanız, Türkiyənin bu ölkələrdəki üstünlüyünün getdikcə artdığını görə bilərsiniz. Artıq bölgədə ağalıq etməyə başladı. Balkanlarda isə Albaniya və hətta Serbiya ilə olan əlaqələri inkişaf edir. Qafqazda isə Gürcüstan və Azərbaycan ilə güclü bir ittifaq yaratdı. Gələcəkdə olmasını nəzərdə tutduğu şeylərin hal-hazırda meydana gəldiyini görürəm" deyir. Fridmana görə Türkiyə öz təbiətinin tələbinə görə lider bir ölkədir.

 

'BÖLGƏDƏ BƏNZƏRİNİZ YOXDUR'

Fridman, "Türkiyənin iki xarakterik xüsusiyyəti var: Canlı bir iqtisadiyyata və çox güclü orduya sahib olması. Dünyanın ən güclü 17-ci iqtisadiyyatına sahibsiniz. 2020-ci ilə qədər 10-cu yerə çıxmağınızı gözləyirəm. Böyük bir orduya və güclü hava qüvvələrinə sahibsiniz. Coğrafi quruluşunuz ən əhəmiyyətli üstünlüyünüzdür. Bir sözlə, regional güc olmaq üçün lazım olan hər şey Türkiyədə vardır və bölgədə başqa bənzəriniz yoxdur" deyir.

Sabah Gazetesi, 4 mart 2009



ƏSAS SƏHİFƏ