Quranın bir çox ayəsində müsəlmanların qardaş
olduqları, birlik və bərabərlik ruhu içində hərəkət etmələrinin lazım
olduğu, həmrəy olmalarının lazım olduğu bildirilmişdir. Bu ayələrdən
bəziləri belədir:
Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə
qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin. (Hucurat
surəsi, 10)
“Hamınız Allahın ipindən möhkəm yapışın və
parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə
düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti
sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap
kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə
beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz”. (Ali İmran surəsi,
103)
... Əgər möminsinizsə Allahdan qorxub-çəkinin,
aranızdakı münasibətləri düzəldin, Allaha və Onun Elçisinə itaət edin. (Ənfal
surəsi, 1)
Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə
mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin,
çünki Allah səbir edənlərlədir. (Ənfal surəsi, 46)
Bir də onlardan sonra gələnlər: “Ey Rəbbimiz! Bizi və
bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman
gətirənlərə qarşı nifrətə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən
Şəfqətlisən, Rəhmlisən!” deyərlər. (Həşr surəsi, 10)
Kafirlər də bir-birlərinin vəlisidir. Əgər siz bunu
etməsəniz (bir-birinizə kömək etməsəniz, dost olmasanız), yer üzündə
fitnə və böyük bir fəsad baş verər. (Ənfal surəsi, 73)
Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə
ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir.
(Ali İmran surəsi, 105)
Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa,
onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə,
təcavüzkar dəstə ilə, o, Allahın əmrini yerinə yetirməyə qayıdanadək,
vuruşun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barışdırın və (hər
mövzuda) ədalətli olun. Sözsüz ki, Allah ədalətli olanları sevir. (Hucurat
surəsi, 9)
ƏSAS SƏHİFƏ
|